Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi olub.
CIDC-2025 çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə Azercell-in nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
"Azercell Telekom" biznes müştərilərinə etibarlı kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis potensialının gücləndirilməsinə töhfə verməyə davam edir
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


